AZ

Sadır Japarov: WUF13 urbanizasiya və mənzil əlçatanlığı məsələlərinin müzakirəsi üçün unikal platformadır

Bakı, 18 may, AZƏRTAC

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş WUF13 urbanizasiya, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və mənzil əlçatanlığı məsələlərinin müzakirəsi üçün unikal platformadır. Bu mühüm forumun ən yüksək səviyyədə təşkilinə, həmçinin səmimi qonaqpərvərliyinə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri WUF13-ün Liderlərin Sammitində Qırğız Respublikasının Prezidenti Sadır Japarov deyib.

O qeyd edib ki, əlçatan, təhlükəsiz və keyfiyyətli mənzilə təminat müasir dünyanın əsas çağırışlarından biridir. Bu gün şəhərlər iqtisadi inkişafın, innovasiyaların və insan kapitalının mərkəzinə çevrilir. Eyni zamanda, şəhərlər iqlim dəyişikliklərinin nəticələri, infrastruktura artan təzyiq, mənzil problemləri və təhlükəsizlik məsələləri ilə ilk üzləşən məkanlardır. “Ümid edirəm ki, Forumun nəticələri şəhər inkişafının gələcəyini formalaşdıracaq və ölkələrimizin dayanıqlı rifahını təmin edəcək, qabaqcıl həllərin hazırlanması üçün möhkəm zəmin yaradacaq”, - deyə Sadır Japarov vurğulayıb.

Seçilən
11
6
azertag.az

7Mənbələr