AZ

Deryageldi Orazov: Arkadağ şəhərinin baş planı seysmik və iqlim şəraitləri nəzərə alınmaqla hazırlanıb

BAKI, 18 may. TELEQRAF

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) rəsmi açılış mərasimində çıxış edən Türkmənistan Prezidenti yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov yeni salınmış ağıllı yaşayış məntəqəsinin nailiyyətlərini bölüşüb.

Teleqraf xəbər verir ki, komitə rəhbəri Arkadağ şəhərinin baş planının seysmik və iqlim şəraitləri nəzərə alınmaqla, ekoloji əsaslarla hazırlandığını diqqətə çatdırıb:

“Layihə çərçivəsində çevik idarəetməni təmin edən vahid videomüşahidə mərkəzi qurulub, həmçinin görmə və eşitmə məhdudiyyətli şəxslərin sərbəst hərəkəti üçün səsli işıqforlar ilə taktil döşəmə göstəriciləri tətbiq edilib. Qaraqum səhrasının mövcudluğu fonunda su ehtiyatlarına qənaət məqsədilə yağış, qrunt və çirkab sularının təmizlənərək suvarılmada təkrar istifadəsi mexanizmi qurulub”.

Çıxışının sonunda D.Orazov ətraf mühitin qorunması prinsiplərinə tam cavab verən Arkadağ şəhərinin UN-Habitat daxil olmaqla beynəlxalq qurumlardan 40-a yaxın sertifikat aldığını və kütləvi ağacəkmə tədbirinə görə Ginnesin Rekordlar Kitabına düşdüyünü vurğulayıb.

Seçilən
19
teleqraf.com

1Mənbələr