AZ

Fələstinli nazir: "Tələbəlik illərimdə Yasamalda yaşamışam"

Bakıda keçirilən Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Fələstinin yerli idarəetmə naziri Sami Hacavi Bakıdakı təhsil illəri və Azərbaycanla bağlı xatirələrini bölüşüb.

Bizim.Media xəbər verir ki, nazir bu barədə "globalinfo" saytına verdiyi müsahibədə danışıb.

"Bakıya ilk dəfə 1977-ci ildə gəlmişəm. Sənaye və mülki tikinti fakültəsində təhsil almışam və ali məktəbi fərqlənmə diplomu ilə bitirərək aspiranturaya daxil olmuşam", — deyə Hacavi bildirib.

Nazir qeyd edib ki, azərbaycanlı alim Abbas Mustafayevin rəhbərliyi altında qruntlar və bünövrələr mexanikası sahəsində dissertasiya yazıb:

"Biz Musabəyov küçəsində yerləşən tələbə yataqxanasında Afrika, Yaxın Şərq və dünyanın digər ölkələrindən gələn tələbələrlə birgə yaşayırdıq".
 

Hacavi həmçinin bildirib ki, hazırkı səfəri çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetini ziyarət etmək, rektorla görüşmək, eləcə də mexanika kafedrasına və tələbəlik illərində Bakının Yasamal rayonunda qaldığı yataqxanaya baş çəkmək niyyətindədir.


Bundan əlavə, fələstinli nazir dəmir yolu vağzalının yaxınlığında yerləşən Azərbaycan Neft və Kimya İnstitutunda rus dilini öyrəndiyini də xatırlayıb.



Bizim.Media

Seçilən
3
1
bizim.media

2Mənbələr