AZ

WUF13-ün açılış mərasimində Azərbaycan Prezidentinin çıxışı çox məzmunlu idi - Can Quoçin

WUF13-ün açılış mərasimində Azərbaycan Prezidentinin çıxışı çox məzmunlu idi.

Missiya.Az xəbər verir ki, bunu Çinin Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

O, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında qlobal urbanizasiya gündəliyi ilə bağlı aktual mövzuların müzakirə edildiyini bildirib, tədbirdə iştirak etməkdən şərəf hissi duyduğunu deyib və ölkəsində bu Foruma mühüm əhəmiyyət verildiyini vurğulayıb.

O, Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Qonaq, həmçinin Forumun açılış mərasimində Azərbaycan Prezidentinin çıxışının çox məzmunlu olduğunu dedi.

Seçilən
20
missiya.az

1Mənbələr