AZ

"Bakı orijinallıqla müasirliyin qarşılıqlı əlaqəsinin nümunəsidir"

Bakı orijinallıqla müasirlik arasında qarşılıqlı əlaqənin nümunəsini təmsil edir.

Publika.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ilk dəfə təşkil olunmuş Liderlər Sammitində Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi bildirib.

"Birləşmiş Millətlər Təşkilatının (BMT) bu mühüm tədbirində görüşümüz münasibətilə sessiyaya ev sahibliyi edən Azərbaycanın Prezidenti İlham Heydər oğlu Əliyevə, dost Azərbaycana və onun xalqına səmimi təşəkkür və minnətdarlığımızı bildiririk. Bakı orijinallıqla müasirlik, eləcə də irslə şəhərsalma sahəsində gələcəyə yönəlmiş baxış arasında qarşılıqlı əlaqənin nümunəsini təmsil edir", - deyə o qeyd edib.

Qonaq həmçinin BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) şəhər icmalarının çətinliklərinin həllində beynəlxalq əməkdaşlığı gücləndirmək istiqamətindəki davamlı səylərinə, eləcə də müasir platforma və alətlərin yaradılması sahəsindəki fasiləsiz fəaliyyətinə görə təşəkkür edib: "Bu alətlərin başında duran Qlobal Tədbirlərin İdarə Edilməsi Sistemi beynəlxalq iştirakın artırılmasına, dövlət qurumları və şəhərsalma ilə bağlı inkişaf layihələri üzrə ekspertlər arasında koordinasiya və qarşılıqlı əlaqənin asanlaşdırılmasına yönəlmiş mütərəqqi bir yanaşmanı əks etdirir".

Seçilən
5
2
publika.az

3Mənbələr