AZ

Təcrübəmizi bölüşməyə hazırıq - Nazir

Şəhərlər yalnız inkişaf mərkəzləri deyil, həm də təhlükəsiz, funksional və dəyişikliklərə uyğunlaşa bilən kritik infrastruktur sistemləridir.

News365.az xəbər verir ki, bunu Slovakiyanın baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında Liderlər Sammitində bildirib.

O, forumun Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan tərəfinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.

“Slovakiyanın şəhər siyasəti ayrıca deyil, ətraf mühit siyasəti, enerji sistemləri və iqtisadi dayanıqlılıqla əlaqəli şəkildə həyata keçirilir”.

Nümayəndə Slovakiyanın BMT-Habitatın davamlı şəhər dayanıqlılığı təşəbbüsünü dəstəklədiyini bildirib.

“Biz bu təşəbbüsü praktik və nəticəyönümlü platforma hesab edirik. Slovakiya yalnız siyasi deyil, həm də ekspertiza və təcrübə baxımından dəstək verməyə hazırdır”.

Baş nazir hərbi münaqişələrin şəhərlərə təsirinə də diqqət çəkilib:

“Dünyada getdikcə daha çox şəhər müharibələrin nəticələri ilə üzləşir. İnfrastruktur dağıdılır, əsas xidmətlər pozulur, insanlar məcburi köçkünə çevrilir. Burada əsas məsələ yalnız yenidənqurma deyil, uzunmüddətli dirçəlişdir”.

O bildirib ki, Slovakiya bu sahədə dəstək göstərməyə hazırdır.

“Slovakiyada mənzil fondunun modernləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Ölkəmizdə ailələrin 55 faizi fərdi evlərdə yaşayır. Bu evlərin bir çoxu köhnədir və modernləşdirilməyə ehtiyac duyur. Məqsədimiz insanların yaşayış xərclərini minimuma endirməkdir”.

Nümayəndə enerji səmərəliliyi ilə bağlı yeni standartların vacibliyini vurğulasa da, bunun sosial problemlər yaratmamalı olduğunu bildirib:

“İqlim dəyişiklikləri ilə mübarizə vacibdir. Lakin yeni standartlar qiymətləri artıraraq yeni sosial gərginlik və yoxsulluq dalğası yaratmamalıdır. Problemlərin həlli balanslı şəkildə aparılmalıdır”.

O həmçinin Slovakiyanın su idarəçiliyi sahəsində xüsusi təcrübəyə malik olduğu da diqqətə çatdırıb.

“Biz su idarəçiliyi sahəsində təcrübəmizi digər ölkələrlə bölüşməyə hazırıq”, - T.Taraba qeyd edib.

Seçilən
2
1
news365.az

2Mənbələr