İnsan bədəninin müəyyən yaş dövrlərində qəfil bioloji dəyişikliklər yaşadığı müəyyən edilib.
Publika.az xəbər verir ki, bu nəticə Stanford Universitetində aparılan tədqiqat zamanı ortaya çıxıb.
Tədqiqatın rəhbəri, alim Maykl Snaider bildirib ki, insan orqanizmi həyat boyu iki əsas dəyişiklik mərhələsindən keçir. Bu mərhələlər təxminən 44 və 60 yaşlara təsadüf edir.
Araşdırmaya görə, həmin dövrlərdə bədəndə “ani sıçrayışlar” baş verir və hüceyrə quruluşundan tutmuş metabolizmə qədər bir çox sistem eyni vaxtda dəyişir.
108 nəfər üzərində aparılan uzunmüddətli müşahidələr zamanı 135 mindən çox bioloji göstərici analiz edilib. Nəticələr göstərib ki, Alzheimer və ürək-damar xəstəlikləri kimi risklər də məhz bu yaşlardan sonra kəskin şəkildə artır.