Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsində yeni kadr təyinatı olub.
Oxu.Az-ın məlumatına görə, Elvin Hacıyev Baş idarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi vəzifəsinə təyin olunub.
E.Hacıyev bu təyinata qədər həmin bölmənin baş inspektoru vəzifəsində çalışıb.
Tarix: 18 May 2026, 17:34