Bakı, 18 may, AZƏRTAC
Bu mötəbər beynəlxalq tədbirdə bizi bir araya gətirdiyi üçün Prezident İlham Əliyevə və dost Azərbaycan Respublikasına dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Bakı ənənə ilə müasirliyin, irs ilə şəhər inkişafının gözəl qarışığının və qarşılıqlı təsirinin nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Liderlər Sammitində Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi deyib.
O bildirib ki, builki Sessiyanın mövzusu şəhərlərin gələcəyini yenidən düşünməyə, insanların təhlükəsiz, ləyaqətli və davamlı yaşayış hüququnun təmin edilməsinə dair praktiki əməlləri bir araya gətirmək üçün bir çağırışdır. Bu gün qlobal miqyasda milyardlarla insanı əhatə edən yaşayış yerləri böhranının dərinləşdiyini görürük. Buna görə də, yaşayış artıq dar çərçivədə məsələ deyil, o, sabitlik, inkişaf və ictimai təhlükəsizlik üçün əsas elementə çevrilib.
Məhəmməd Yunis Əl-Mənfi 13-cü Sessiyanın nəticələrinin hər kəs üçün daha ədalətli, davamlı və firavan bir şəhər gələcəyə praktiki addım olmasını, bilik və texnologiya ötürülməsinə və təcrübələrin bölüşdürülməsinə yüksək önəm verilməsini arzulayıb.