AZ

Lamin Yamal zədə səbəbindən DÇ 2026 nın ilk oyununu buraxacaq

ain.az, Cebheinfo saytına istinadən bildirir.

"Barselona"nın və İspaniya millisinin vingeri Lamin Yamal dizaltı vətər zədəsindən sonra bərpa prosesi keçdiyi üçün DÇ-2026-nın startını qaçıracaq.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, gənc futbolçu qrup mərhələsinin iyunun 15-də Kabo-Verdeyə qarşı keçiriləcək ilk oyununda komandasına kömək edə bilməyəcək.

İspaniyalı oyunçunun qrupun iyunun 21-nə təyin olunan Səudiyyə Ərəbistanı ilə ikinci matçında iştirakı da sual altındadır.

Qeyd edək ki, mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada təşkil olunacaq. İspaniya yığması qrup mərhələsində Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvay komandaları ilə qarşılaşacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
1
cebheinfo.az

2Mənbələr