2026-cı ilin ilk 4 ayında Azərbaycandan 6 min 675,46 ton fındıq ixrac edilib. 2025-ci ilin eyni dövründə fındıq ixracı 7 min 968,81 ton idi. Bu, ixrac həcminin 1 min 293,35 ton və ya 16,2% azalması deməkdir.
Bu barədə Marja.az Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına istinadən xəbər verir.
Lakin həcmin azalmasına baxmayaraq, fındıq ixracından əldə olunan gəlir kəskin artıb. 2026-cı ilin yanvar-aprel aylarında fındıq ixracının statistik dəyəri 79 milyon 619 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 53 milyon 861min dollar olmuşdu.
Beləliklə, fındıq ixracından gəlir 25 milyon 758,52 min dollar və ya 47,8% artıb. Bu dinamika fındığın ixrac qiymətlərində ciddi yüksəlişin olduğunu göstərir.