AZ

Murat Kurum: "Türkiyə COP31-də Azərbaycanın təcrübəsindən yararlanacaq"

"Türkiyə COP31-də Azərbaycanın təcrübəsindən yararlanacaq".

Moderator.az xəbər verir ki, bu sözləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 196 ölkənin iştirak edəcəyi və dialoq, beynəlxalq əməkdaşlıq, fəaliyyət əsaslarında formalaşdırılan COP31 çərçivəsində də görüşlər davam etdirilir:

"Azərbaycanın COP29-da təşkilatçılığı çox yüksək şəkildə idi. Burada həm Azərbaycan Prezidentinin ortaya qoyduğu iradə, həm də COP29 Prezidenti Muxtar Babayevin və komandasının fəaliyyəti həqiqətən çox uğurlu oldu. Biz də Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın və dostlarımızın bu təcrübəsindən faydalanacağıq.

Bakı sənədində yer alan yol xəritəsi hədəflərini biz də nəzərə alacağıq. Amma istəyirik ki, COP31 artıq fəaliyyət yönümlü olsun, tətbiq COP-u olsun. Dünyanın bu mənfi gedişatına "dayan" deyəcəyimiz bir COP olsun.

Çünki biz həmişə deyirik: əgər seçim etməsək, yaşadığımız fəlakətlər bizi də öz içinə çəkəcək və bunların içərisində itib-batacağıq. Buna görə də bu fəlakətlərdən ziyan görməmək, iqlim dəyişikliyinin təsirlərini azaltmaq və daha təmiz bir dünya üçün bu mübarizəni aparmaq məcburiyyətindəyik.

Ona görə də istəyirik ki, bu dəfə tətbiq və icraat, qəbul edilən qərarların həyata keçirildiyi bir COP olsun. Qlobal istiləşmənin qarşısının alındığı, təmiz enerjiyə çıxışın artırıldığı bir mərhələ kimi yadda qalsın.

Hər il adamların həyatını itirdiyi bir dövrdə təmiz enerjiyə çıxışın yaşadığımız böhranlar baxımından nə qədər vacib olduğunu bütün dünyaya çatdırırıq. Burada hər kəsin məsuliyyət götürməsini və "əlini daşın altına qoymasını" gözləyirik".

Seçilən
13
moderator.az

1Mənbələr