AZ

Murat Kurum: “Azərbaycanın təcrübəsindən istifadə edəcəyik”

COP31 ilə bağlı Azərbaycanın zəngin təcrübəsindən istifadə edəcəyik. Azərbaycan COP29-a uğurlu ev sahibliyi etdi. Prezident İlham Əliyevin iradəsi ilə COP29 Prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bütün komanda ilə birgə çox uğurlu nəticələr əldə etdilər.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

“Türkiyə Azərbaycanın təcrübəsindən yararlanacaq. Bakıda qəbul edilən qərarlar, “Bakıdan Belemə Yol Xəritəsi”ndəki hədəfləri nəzərə alacağıq. COP31-in icra COP-u olmasını istəyirik”, - o bildirib.

Nigar Həsənli
Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr