"Real Madrid" klubunun müdafiəçisi Daniel Karvaxal komandanı tərk edir.
AzNews.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı cinah müdafiəçisinin Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır.
Bəyanatda vurğulanır: "Real Madrid" klubu Daniel Karvaxala və onun ailəsinə həyatının yeni mərhələsində ən xoş arzularını bildirir".