AFFA Region Liqasının qalibi müəyyənləşib.
Msport.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən final oyununda “Zəngəzur” “Marafon”u 2:1 hesabı ilə məğlub edib.
Turnirin qalibi olan “Zəngəzur” komandası II Liqaya vəsiqə qazanıb.
Üçüncü yer uğrunda matçda “Biləsuvar” “Şəfəq”i 4:1 hesabı ilə üstələyib.