AZ

Rafinya “Barselona”dan heç yerə getmir

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın “Barselona” futbol komandasının braziliyalı hücumçusu Rafinya Səudiyyə Ərəbistanı klubları ilə bağlı iddialara baxmayaraq, komandadan ayrılmayacaq.

İdman.Biz xəbər verir ki, baş məşqçi Hansi Flik 29 yaşlı futbolçunun gələcəyi ilə bağlı qəti mövqe ortaya qoyub. Almaniyalı mütəxəssis Rafinyanın “Barselona”nın planlarında vacib yer tutduğunu bildirib.

“Rafinya qalır. O, planlarımızın əsas hissəsidir. Onun gedişi ilə bağlı heç nə yoxdur. Mənim üçün o, burada hələ uzun illər qala bilər”, - deyə mütəxəssis söyləyib.

Braziliyalı futbolçu isə Fliklə münasibətindən danışarkən baş məşqçini xüsusi şəkildə dəyərləndirib:

“Hansi mənim üçün ata kimidir”.

Rafinya daha əvvəl də Səudiyyə Ərəbistanından gələn ciddi marağa baxmayaraq, “Barselona”da qalmaq niyyətini göstərib. Onun Kataloniya klubu ilə müqaviləsi 2028-ci il iyunun 30-dək davam edir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
icma.az

1Mənbələr