AZ

Azərbaycana 4 ayda 21 mindən çox avtomobil idxal olunub

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana ümumilikdə 443 milyon 618 min ABŞ dolları dəyərində 21 min 120 ədəd avtomobil idxal edilib. Məlumat Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin açıqladığı statistik hesabatda əks olunub.

İlin ilk 3 ayında ölkəyə 10 milyon 693 min dollar dəyərində 404 ədəd yalnız elektrik mühərriki ilə işləyən nəqliyyat vasitəsi – elektromobil gətirilib. Elektrikli avtomobillərə marağın artması ölkədə ekoloji nəqliyyat vasitələrinə keçid prosesinin sürətləndiyini göstərir. Bununla yanaşı, Azərbaycana xarici ölkələrdən 21 milyon 625 min dollar dəyərində 2 min 318 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Eyni dövrdə ölkəyə 27 milyon 90 min dollar dəyərində 210 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitəsi də gətirilib. Bu kateqoriyaya əsasən tikinti, sənaye, kommunal xidmət və digər texniki sahələrdə istifadə olunan xüsusi texnikalar daxildir.

Mütəxəssislər bildirirlər ki, avtomobil idxalında müşahidə olunan artım daxili bazarda nəqliyyat vasitələrinə tələbatın yüksəlməsi ilə yanaşı, biznes və logistika sektorunda aktivliyin artması ilə də əlaqədardır. Elektromobillərin idxalında qeydə alınan dinamika isə alternativ enerji ilə çalışan nəqliyyat vasitələrinə marağın getdikcə genişləndiyini göstərir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
23
azerbaijan-news.az

1Mənbələr