Bakı, 18 may, AZƏRTAC
Ötən həftə biz Azərbaycanın Zəngilan rayonuna gələrək Ağalı kəndini ziyarət etdik və orada tətbiq edilən "ağıllı kənd" konsepsiyası ilə tanış olduq. Qeyd edim ki, bizdə də bu konsepsiya tətbiq olunur.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Ficili nümayəndə İoane Navaikula deyib.
Onun sözlərinə görə, builki WUF tədbirində iştirak edən yeganə kiçik ada ölkələrinin təmsilçisidir.
“Bu tədbirdə iştirak etməkdən çox məmnunam və Azərbaycan hökümətinə təşəkkür edirəm. Bizim də məcburi köçkünlərimiz olub. Azərbaycandan fərqli olaraq onlar müharibəyə görə yox, iqlim dəyişikliyinə görə, xüsusilə daşqınlara görə sahil ərazilərdən ölkənin daxili ərazisinə köçüblər. Forum müxtəlif insanları bir araya gətirərək səmərəli fikir mübadiləsinə töhfə verir. Biz burada əldə etdiyimiz pozitiv təcrübələri öz ölkələrimizdə tətbiq etməliyik”, - deyə İ.Navakiula qeyd edib.