AZ

Kazemiro son matçında kövrəldi - Video

style='margin-bottom:10px;'>

Kazemiro “Mançester Yunayted”dəki son ev oyunundan sonra göz yaşlarını saxlaya bilməyib.

QOL.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “qırmızı şeytanlar”ın heyətində “Old Trafford”dakı son matçına çıxıb. Oyundan sonra onun jurnalistlər qarşısına çıxması planlaşdırılsa da, klub rəsmiləri braziliyalının emosional vəziyyətinə görə mətbuat konfransının ləğv edildiyini açıqlayıblar.

Braziliyalı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək “Mançester hər zaman mənim evim olacaq” sözlərini yazıb və azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, 2022-ci ildə “Real”dan 70 milyon funt-sterlinqə transfer olunan Kazemiro “Mançester Yunayted”də 161 oyunda 26 qol vurub və iki titul qazanıb. 34 yaşlı futbolçu yayda azad agent kimi komandadan ayrılacaq.

Seçilən
24
1
teleqraf.com

2Mənbələr