AZ

Bu ölkədə böyük qızıl yatağı tapıldı

Finlandiyada aparılan geoloji araşdırmalar zamanı Avropanın mədənçilik sektorunda böyük rezonans doğuran yeni qızıl yataqları aşkarlanıb. Tapılan qızıl damarının kilometrlərlə uzandığı və bir neçə milyard dollar dəyərində olduğu bildirilir. Metbuat.az xəbər verir ki, ölkənin şərq hissəsində, Rusiya sərhədinə yaxın Ukkolanvaara bölgəsində aparılan qazıntılar gözləniləndən daha yaxşı nəticə verib. İlkin qiymətləndirmələrə görə, ərazidə bir neçə yeni qızıl yatağı müəyyən edilib. Aparılan geoloji araşdırmalar zamanı xüsusilə bir qazma quyusunda eyni anda bir neçə yüksək keyfiyyətli qızıl zonasının aşkarlanması diqqət çəkib. Bu isə yatağın tək bir nöqtə ilə məhdudlaşmadığını, geniş bir əraziyə yayıldığını göstərir.

Mütəxəssislərin fikrincə, yeni tapıntılar Finlandiyanı Avropanın ən önəmli qızıl istehsalçılarından birinə çevirəcək. Hazırda bölgədə əlavə geoloji araşdırmalar davam etdirilir və ehtiyatların dəqiq həcmi gələcək analizlərdən sonra müəyyənləşəcək.

Seçilən
23
1
metbuat.az

2Mənbələr