AZ

"Dəmir frau"nun imtinası - Merkel Rusiya-Aİ danışıqlarında vasitəçilik etməyəcək

Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında danışıqlarda vasitəçilik etməkdən imtina edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə sosial media platforması X-də məlumat yayılıb.

Bildirilir ki, Merkelin fikrincə, Ukraynadakı münaqişənin həlli ilə bağlı əlaqələr hazırkı dövlət və hökumət başçılarının məsuliyyəti olaraq qalmalıdır, çünki Rusiya prezidenti Vladimir Putinlə danışıqlar "siyasi güc" tələb edir. Keçmiş kansler əlavə edib ki, 2015-ci ildə onun ağlına gəlməzdi ki, hansısa vasitəçidən onun adından Minskdə danışıqlar aparmasını istəsin.

Siyasətçi Rusiya ilə əlaqələrin ABŞ prezidenti Donald Trampın səlahiyyətində qalmamalı olduğunu və Avropanın da danışıqların gedişatına təsir etmək qabiliyyətinə malik olduğunu vurğulayıb. Merkel yekun olaraq bildirib: "Biz, avropalılar, həm də hesablaşmalı bir qüvvəyik".

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Gerhard Şröderi Moskva ilə Avropa arasında mümkün danışıqçı kimi təklif etmişdi. Dövlət başçısı Rusiya haqqında "pis sözlər deyən" liderlərin bu rola uyğun olmadığını vurğulamışdı.

Almaniya kansleri Fridrix Merts isə cavab olaraq bildirib ki, Avropa ölkələri "onların adından kimin danışacağına özləri qərar verəcəklər".

Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr