
İspaniya Ali Məhkəməsi Kolumbiyalı müğənni Şakiraya vergi fırıldaqçılığı ittihamları ilə bağlı bəraət qazandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məhkəmə sənədinə istinadən məlumat yayıb.
Bildirilib ki, məhkəmə ulduza bəraət qazandırdı və Maliyyə Nazirliyinə ödədiyi 69,8 milyon dollardan çox cəriməni, üstəgəl faizləri geri qaytarmağı tapşırdı.
Qeyd edək ki, müğənni 2012-2014-cü illər arasında İspaniya xəzinəsinə 14,5 milyon avro vergi ödəməkdən yayınmaqda ittiham olunurdu.