AZ

Şakiraya hökm oxundu

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

İspaniya Ali Məhkəməsi Kolumbiyalı müğənni Şakiraya vergi fırıldaqçılığı ittihamları ilə bağlı bəraət qazandırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məhkəmə sənədinə istinadən məlumat yayıb.

Bildirilib ki, məhkəmə ulduza bəraət qazandırdı və Maliyyə Nazirliyinə ödədiyi 69,8 milyon dollardan çox cəriməni, üstəgəl faizləri geri qaytarmağı tapşırdı.

Qeyd edək ki, müğənni 2012-2014-cü illər arasında İspaniya xəzinəsinə 14,5 milyon avro vergi ödəməkdən yayınmaqda ittiham olunurdu.

2022-ci ilin yayında İspaniya prokurorluğu Şakiraya səkkiz il iki ay həbs cəzası və vergidən yayınmaya görə 23 milyon avro cərimə tələb etdi. Şakira öz növbəsində İspaniya hakimiyyətinə ödənilməmiş borcunun olmadığını israrla bildirirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
yeniavaz.com

1Mənbələr