ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəmi qəzası nəticəsində ayağını itirən yunanıstanlı "Survivor" iştirakçısı Stavros Floros xəstəxanadan ilk açıqlamasını verərək ona dəstək olan hər kəsə təşəkkür edib.
Milli.Az xəbər verir ki, balıq tutarkən baş verən ağır gəmi qəzasında yaralanan Floros sosial media hesabında vəziyyətinin yaxşıya doğru getdiyini bildirib. O, Yunanıstan və dünyanın müxtəlif yerlərindən gələn dəstək mesajlarının ona böyük mənəvi güc verdiyini vurğulayaraq: "Hər şey yaxşılığa doğru gedir, Tanrıya şükür edirəm" - deyə qeyd edib.
Stavros Floros ilk əməliyyatını ABŞ-nin Mayami şəhərində keçirib və əməliyyat uğurla başa çatıb.
Lakin ayağındakı ciddi zədələr səbəbindən yaxın zamanlarda ikinci bir cərrahi əməliyyatın keçirilməsi gündəmdədir.
Hələlik rəsmi qurumlar tərəfindən müalicənin detalları barədə geniş açıqlama verilməsə də, gənc idmançının əhvalının yüksək olduğu bildirilir.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.