AZ

Paşinyan əsəbləşdi – Qarabağ ermənisini təhqir edib saxlatdırdı - Video

Ermənistanda baş nazir Nikol Paşinyanın iştirakı ilə daha bir gərgin insident yaşanıb.

Musavat.com xəbər verir ki, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qondarma rejimin tərəfdarlarından olan “Artsax İnqilabi Partiyası”nın rəhbəri Artur Osipyan Paşinyanı keçmiş separatçı lider Araik Arutyunyanın korrupsiya fəaliyyətinə şərait yaratmaqda ittiham edib.

Buna cavab olaraq Paşinyan Qarabağ ermənilərini hədəf alaraq onların “hər şeyi taladığını” bildirib. Daha sonra söhbət Bakının azərbaycanlıların Ermənistan ərazisinə qayıdışı ilə bağlı mövqeyinə yönəlib. Paşinyan isə belə bir məsələnin gündəmdə olmadığını deyib.

Məlumata görə, mübahisə zamanı Paşinyan Osipyanı “Azərbaycan narrativləri” ilə danışmaqda ittiham edib. Bundan sonra baş nazirin tərəfdarları Osipyanı kənara çəkib, digər şəxslər isə “Nikol – baş nazir” şüarları səsləndirərək onun səsini batırmağa çalışıblar.

Daha sonra Artur Osipyanın saxlanıldığı bildirilib. Vəkil Roman Yeritsyanın sözlərinə görə, Osipyan hazırda Ərəbkir polis bölməsindədir. Onun telefonları söndürülüb, Facebook səhifəsi isə silinib. Vəkil bildirib ki, yaxınları Osipyanın harada saxlanıldığı barədə məlumat ala bilməyiblər.

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr