AZ

ABŞ İŞİD-ə qarşı hava əməliyyatı keçirdi

ABŞ-nin Silahlı Qüvvələrinin bölmələri Nigeriya hökuməti ilə əlaqələndirilmiş şəkildə İŞİD qruplaşmasının Afrika ölkəsindəki mövqelərinə hava zərbələri endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ SQ-nin Afrika komandanlığının bəyanatında deyilir.

“Həmin terrorçuların zərərsizləşdirilməsi qruplaşmanın ABŞ təhlükəsizliyinə və bizim tərəfdaşlara təhdid yaradan hücumları planlaşdırmaq imkanlarını azaldacaq”, - deyə bəyanatda qeyd edilir.

Aviazərbələrin Nigeriyanın şimal-şərq bölgəsinə endirildiyi bildirilir.

Birləşmiş Ştatlar hökuməti terrorçu qruplaşmanın hərbi potensialının sarsıdılması üçün belə zərbələri davam etdirmək niyyətində olduğunu bəyan edib.

Seçilən
10
4
bakivaxti.az

7Mənbələr