AZ

Türkiyədə silahlı hücum: 4 nəfər öldü, 8 nəfər yaralandı

Mersində silahlı hücumda şübhəli şəxs dörd nəfəri öldürüb, səkkiz nəfəri yaralayıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Türkiyənin Mersin şəhərində dəhşətli silahlı insident baş verib. Naməlum şəxs tərəfindən həyata keçirilən silahlı hücum nəticəsində 4 nəfər həyatını itirib, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Cinayətkarın yaxalanması üçün polis vertolyotunun dəstəyi ilə genişmiqyaslı əməliyyat başladılıb.

Yaralılar şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib, hüquq-mühafizə orqanları hadisənin motivlərini araşdırır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
33
interpress.az

1Mənbələr