AZ

İstanbulda böyük korrupsiya əməliyyatı – Saxlanılan Səma Akça kimdir?



İstanbulda İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı şirkətlə bağlı aparılan korrupsiya istintaqı ölkə gündəmini silkələyib.

Türkiyə mediasının məlumatına görə, İBB-nin törəmə qurumu olan “Boğaziçi Tesis Yönetim Hizmetleri” şirkətində tender saxtakarlığı və qanunsuz satınalma əməliyyatları ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib.

İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində İstanbul, Adana, Bursa, Diyarbəkir, Konya və Yalova daxil olmaqla bir neçə şəhərdə eyni vaxtda reydlər təşkil olunub.

Əməliyyat zamanı şirkətin baş direktoru Sema Akça da daxil olmaqla ümumilikdə 57 nəfər saxlanılıb. Şübhəlilərin tender proseslərini əvvəlcədən planlaşdırdığı və qanunsuz mexanizmlərlə müəyyən şirkətləri üstün vəziyyətə gətirdiyi iddia olunur.

İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi şirkətin tender sistemində ciddi pozuntular aşkar edildiyini bildirib.

Qeyd olunur ki, istintaq çərçivəsində Ekrem İmamoğlu ilə əlaqəli olduğu iddia edilən bəzi şəbəkələr də araşdırılır. Hazırda saxlanılan şəxslərin ifadələri alınır və istintaq davam edir.



Seçilən
27
aia.az

1Mənbələr