AZ

“Kəpəz” və “Turan Tovuz”un ev oyunlarının yeri dəyişdi 

Azərbaycan Premyer Liqasında XXXIII turun oyun cədvəli müəyyənləşib.

İdmanxeber.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, son turun “Kəpəz” – “Neftçi” və “Turan Tovuz” – “Sabah” qarşılaşmalarının məkanlarında dəyişiklik edilib.

Bu addım klubların müraciəti, müvafiq stadionların razılığı, son tur öncəsi oyunların turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi, klubların avrokuboklara idman və texniki baxımdan daha yaxşı hazırlaşması məqsədilə atılıb. 

 

Azərbaycan Premyer Liqası, XXXIII tur

21 may (cümə axşamı)

 

18:30. “Qəbələ” – “Şamaxı”
Qəbələ şəhər stadionu

22 may (cümə)

17:00. “Turan Tovuz” – “Sabah”
“Bank Respublika Arena”

19:30. “Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

23 may (şənbə)

15:00. “Kəpəz” – “Neftçi”   
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:00. “Araz-Naxçıvan” – “Zirə”
“SOCAR Polymer Arena”

24 may (bazar)

16:00. “İmişli” – “Karvan Yevlax” 
Quba OİK stadionu. 

Seçilən
3
11
idmanxeber.az

10Mənbələr