AZ

Tramp İrana güzəştə getməyə hazır olmadığını bildirib

ABŞ Prezidenti Donald Tramp Tehranın sülh danışıqlarına yeni cavabını aldıqdan sonra İrana heç bir güzəştə getməyə hazır olmadığını bildirib.

Teleqraf xəbər verir ki, o, bunu "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib.

Tramp Vaşinqtonun Tehrana qarşı yeni addımlar ata biləcəyinə işarə edib: "Sizə deyə bilərəm ki, onlar həmişəkindən daha çox razılaşma istəyirlər, çünki nəyin baş verəcəyini bilirlər".

Lakin Tramp ABŞ-nin mümkün addımlarının təfərrüatını açıqlamaqdan imtina etdi.

"Bu barədə sizinlə danışa bilmərəm. Baş verənlər həddindən artıq çoxdur. Bunlar danışıqlardır. Axmaq olmaq istəmirəm", - deyə ABŞ prezidenti əlavə edib.

Seçilən
42
1
teleqraf.com

2Mənbələr