AZ

Hollivudun məşhur səs aktyoru Tom Keyn vəfat edib

Səsləndirmə əfsanəsi Tom Keyn 65 yaşında vəfat edib

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Dünyaca məşhur animasiya layihələrinin səsləndirilməsi ilə tanınan aktyor Tom Keyn 65 yaşında dünyasını dəyişib.

O, karyerası ərzində bir çox ikonik obrazlara səs verib. Aktyor “Ulduz müharibələri” (“Star Wars”) animasiya layihələrində ustad Yodanı, “Kim Beş-plus”da (“Kim Possible”) Drako Makaqu, “Vəhşi Tornberri ailəsi”ndə (“The Wild Thornberrys”) Darvini, “Superqızlar”da (“The Powerpuff Girls”) professor Utoniumu, “Qisasçılar: Yer kürəsinin ən böyük qəhrəmanları”nda (“The Avengers: Earth’s Mightiest Heroes”) Altronu, “Wolverine və X-Men”də isə Maqnetonu səsləndirib.

Tom Keyn özünəməxsus səs tembri və peşəkarlığı ilə animasiya dünyasında dərin iz buraxıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
interpress.az

1Mənbələr