AZ

Google şirkətinin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi layihələr müzakirə olunub

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Londonda keçirilən Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ilə "Google" şirkətinin "Google for Education" üzrə regional direktoru Kolin Marson arasında görüş baş tutub.

BAKU.WS xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Görüş zamanı məktəblərdə rəqəmsal ekosistemin inkişafı, təhsil müəssisələrində bulud texnologiyalarının tətbiqi, müəllim və şagirdlər üçün innovativ onlayn alətlərdən istifadənin genişləndirilməsi, eləcə də süni intellekt əsaslı həllərin tədris prosesinə inteqrasiyası məsələləri ətrafında müzakirələr aparılıb.

Həmçinin "Google" şirkətinin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi layihələr diqqətə çatdırılıb. Bildirilib ki, "Rəqəmsal məktəb"də tətbiq olunan "Google for Education" alətləri bir sıra təhsil müəssisələrində tədris imkanlarının genişləndirilməsinə töhfə verib.

Mayın 18-də Londonda keçirilən Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ilə "Google" şirkətinin “Google for Education” üzrə regional direktoru Kolin Marson arasında görüş baş tutub. Görüş zamanı məktəblərdə rəqəmsal ekosistemin inkişafı, təhsil… pic.twitter.com/gZaS4RQwQA

— Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (@tehsilgovaz) May 18, 2026

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
baku.ws

3Mənbələr