AZ

Pakistanın Baş naziri və Qətərin Xarici İşlər naziri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

BAKI, 18 may. TELEQRAF

Pakistanın Baş naziri Şahbaz Şərif Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilir ki, tərəflər ikitərəfli əməkdaşlıq, eləcə də Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Seçilən
27
teleqraf.com

1Mənbələr