Pakistan qarşılıqlı müdafiə müqaviləsi çərçivəsində Səudiyyə Ərəbistanına təxminən 8000 hərbçi, qırıcı təyyarə eskadronu və hava hücumundan müdafiə sistemləri göndərməklə iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirib. Bu barədə təhlükəsizlik xidmətləri və hökumətdəki mənbələrinə istinadən “Reuters” agentliyi məlumat yayıb.
KONKRET.az xəbər verir ki, agentliyin məlumatına görə, bu addım Çin-Pakistan birgə istehsalı olan təxminən 16 ədəd “JF-17” qırıcı təyyarəsini, dyeun pilotsuz uçuş aparatı (PUA) eskadronunu və “HQ-9” hava hücumundan müdafiə sistemini əhatə edir. “Reuters”in həmsöhbətləri bunun kifayət qədər ciddi və döyüşə hazır bir qüvvə olduğunu vurğulayaraq, hərbi kontingentin gələcək eskalasiya reallaşacağı təqdirdə Səudiyyə Ərəbistanı Krallığının silahlı qüvvələrinə dəstək məqsədi daşıdığını bildiriblər.
Mənbələr həmçinin qeyd ediblər ki, söhbət simvolik bir iştirakdan getmir: “Göndərilən qüvvələrin miqyası və tərkibi sadəcə məsləhət xarakterli missiyadan daha böyük məna ifadə edir”. Onların sözlərinə görə, hərbçilər əsasən təlim və məsləhət funksiyalarını yerinə yetirəcəklər, lakin ehtiyac yaranacağı təqdirdə onların sayı artırıla bilər.
Natiq Səlim,
KONKRET.az