AZ

“Commerzbank” “UniCredit”in təklifini qəbul etməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Commerzbank” “UniCredit”in təklifini qəbul etməyib.

Banco.az xəbər verir ki, Avropa bankçılıq tarixinin ən uzunmüddətli və ən gərgin satınalma proseslərindən birində mühüm mərhələ geridə qalıb.

“Commerzbank AG” rəsmi açıqlamasında bildirib ki, “UniCredit” tərəfindən təqdim olunan təklif sərmayədarlara məqbul əlavə qazanc vəd etmir və iki bankın birləşməsinə dair inandırıcı strateji planı əhatə etmir.

Andrea Orselin rəhbərlik etdiyi İtaliya bankı “Commerzbank”ın hər bir səhmi qarşılığında öz səhmlərinin 0,485 vahidini təklif edib. Lakin bu dəyişmə nisbətinin bazar reallıqları ilə uyğun gəlmədiyi vurğulanır.

“UniCredit”in müəyyənləşdirdiyi dəyər təxminən 37 milyard avroya (43 milyard dollar) bərabər olduğu halda, “Commerzbank”ın hazırkı bazar dəyəri təxminən 39 milyard avro təşkil edir.

Təklifin “Commerzbank”ın mövcud bazar dəyərindən belə aşağı olması — yəni əlavə qazanc yaratmaması — Almaniya bankının idarə heyəti tərəfindən “qiyməti aşağı salmağa yönəlmiş spekulyativ cəhd” kimi qiymətləndirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
4
1
banco.az

2Mənbələr