AZ

T​ürkiyə "qan gölü"nə döndü -

Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib. Qanlı olay Mersin vilayətinin Tarsus rayonunda qeydə alınıb. Metbuat.az xəbər verir ki, Metin Ö. adlı şəxs düşmən münasibətdə olduğu Sabri və Samet Pan qardaşlarının işlətdiyi restorana silahlı hücum edib. Ard-arda açılan atəş nəticəsində Sabri Pan və restoranın müştərisi olan Ahmet Ercan Can vəfat edib. Cinayətkar hadisə yerindən qaçarkən yolda yeni qətllər törədib. Onun ard-arda açdığı atəş nəticəsində daha 4 nəfər ölüb, 8 nəfər ağır yaralanıb.

Polis cinayətkarın yaxalanması üçün bölgədə genişmiqyaslı əməliyyat keçirir.

Seçilən
15
metbuat.az

1Mənbələr