AZ

Zelenski Rusiyaya qarşı yeni xüsusi əməliyyatları təsdiqlədi

Turkstan.az saytına istinadən ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni əməliyyatların həyata keçirilməsinə icazə verdiyini açıqlayıb.Turkustan.az xəbər verir ki, Zelenski axşam videomüraciətində Rusiyanın son hücumlarına cavab olaraq xüsusi xidmət orqanları və Ukrayna Müdafiə Qüvvələrinə yeni əməliyyatlar aparmaq səlahiyyəti verdiyini bildirib.Prezident qeyd edib ki, Ukraynaya qarşı həyata keçirilən hücumların cavabsız qalmaması vacibdir. O, ölkənin müdafiəsi üçün çalışan hərbçilərə və silah istehsalçılarına təşəkkür edərək bildirib ki, “təcavüzkar öz hərəkətlərinin nəticəsini hiss etməlidir”.Zelenski həmçinin vurğulayıb ki, Ukraynaya qarşı son hücumlar zamanı Rusiya 1567 pilotsuz uçuş aparatı və 56 müxtəlif tipli raketdən istifadə edib. Onun sözlərinə görə, bu hücumlara cavab variantlarının hazırlanması üçün xüsusi xidmət orqanlarına əvvəlcədən tapşırıq verilib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
icma.az

2Mənbələr