AZ

“Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu

Bu gün futzal üzrə yüksək liqada 2025/26 mövsümünün sonuncu oyunu keçirilib.

"Football-plus.az" xəbər verir ki, lider “Neftçi” ən yaxın izləyicisi “Araz-Naxçıvan”la qarşılaşıb.

Bu oyundan əvvəl “Neftçi”nin 52, “Araz-Naxçıvan”ın isə 49 xalı var idi. Oyun 5:2 hesabı ilə Naxçıvan təmsilçisinin xeyrinə qurtarıb.

Qələbə qazanan “Araz-Naxçıvan” “Neftçi” ilə xallarını bərabərləşdirməklə yanaşı, şəxsi oyunlarda üstünlük qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.

Seçilən
11
4
football-plus.az

6Mənbələr