AZ

Vensdən maraqlı məsləhət: Prezidentin yanında konservativ geyinin...

ABŞ vitse-prezidenti Donald Trampla bağlı yaşadığı maraqlı hadisəni danışıb və Ağ Evdə geyim qaydalarına dair diqqətçəkən məsləhət verib...

Poliqon xəbər verir ki, ABŞ vitse-prezidenti J. D. Venc prezident Donald Trumpın geyim zövqü və rəsmi tədbirlərdə görünüşə verdiyi önəmlə bağlı maraqlı açıqlama verib.

Vens bildirib ki, Tramp daha konservativ və klassik geyim üslubunu bəyənir və bunu şəxsi təcrübəsində hiss edib. Onun sözlərinə görə, ötən il Müqəddəs Patrik Günü münasibətilə İrlandiyanın baş nazirini qarşılamaq üçün təşkil olunan ənənəvi tədbirdə xüsusi naxışlı corab geyinməsi prezidentin diqqətindən yayınmayıb.

ABŞ vitse-prezidenti qeyd edib ki, həmin gün İrlandiyanın baş nazirini qarşılamaq məqsədilə üzərində üçyarpaq təsviri olan corab geyinib. Vensin sözlərinə görə, tədbir canlı yayımlanırdı və yüzlərlə televiziya kamerası qarşısında prezident çıxış etməyə başladığı zaman qəfil onun corablarına diqqət yetirib.

“Prezident çıxışına başladı, sonra mənə baxıb dedi: ‘Bu corablar nədir?’”, deyə Vens həmin anı xatırlayıb.

O bildirib ki, bu hadisədən sonra Ağ Evdə və xüsusilə prezidentin yanında daha klassik və rəsmi geyim seçməyin vacibliyini anlayıb. Vens zarafatla əlavə edib ki, ABŞ prezidentinin yanında olmaq istəyənlər üçün ən təhlükəsiz seçim konservativ geyim tərzidir.

Siyasi dairələrdə Vensin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi Trampın detallara diqqətini maraqlı hesab etsə də, digərləri bunu Ağ Ev protokoluna verilən önəmin göstəricisi kimi qiymətləndiriblər.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr