AZ

“Ulduz müharibələri”ndə master Yodanı səsləndirən aktyor vəfat etdi

ain.az bildirir, Yeniavaz portalına istinadən.

“Ulduz müharibələri” cizgi filmlərində master Yoda rolunu səsləndirən amerikalı aktyor Tom Keyn 64 yaşında vəfat edib.

Yeniavaz.com xəbər verir ki, TMZ bu barədə aktyorun nümayəndəsi Zak Makginnisə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Keyn ailəsinin əhatəsində Kanzas-Siti xəstəxanasında vəfat edib. 2020-ci ildən bəri aktyor insultdan qaynaqlanan ağırlaşmalarla mübarizə aparırdı.

Keyn uzun illər “Ulduz müharibələri”, “Powerpuff Girls” və “Nine” franşizalarında personajları səsləndirən səs aktyoru olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
yeniavaz.com

1Mənbələr