AZ

ABŞ Kuba parlamentinin sədrinə və iki nazirinə qarşı sanksiyalar tətbiq etdi

BAKI, 19 may. TELEQRAF

Vaşinqton administrasiyası iki nazir, Kuba parlamentinin sədrinə və iki nazirə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunmuş məlumatda qeyd olunub. .

Sənədə əsasən, məhdudiyyətlər xüsusilə aşağıdakı şəxslərə şamil ediləcək: Kuba rabitə naziri Maira Areviç Marin, energetika və mədən naziri Visente de la O Levi, Kuba Parlamentinin sədri Esteban Lazo, Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Roberto Morales Ojeda. Daxili İşlər Nazirliyinin Kəşfiyyat İdarəsi də sanksiya siyahısına əlavə edilib.

Seçilən
5
1
teleqraf.com

2Mənbələr