AZ

"Qalatasaray"ın məşhur hücumçusu Premyer Liqa yolunda?

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, "Çelsi" nigeriyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "TEAMtalk" məlumat yayıb.

London təmsilçisinin yeni baş məşqçisi Xabi Alonso Osimhenin transferini rəhbərlikdən istəyir. Premyer Liqa nəhənginin 27 yaşlı forvard üçün Türkiyə klubu ilə danışıqlara başlayacağı gözlənilir.

Viktor Osimhen cari mövsümdə "Qalatasaray"ın heyətində meydana çıxdığı 33 rəsmi matçda 22 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
10
sportinfo.az

1Mənbələr