AZ

ABŞ-də məsciddə atışma olub, bir nəfər ölüb

Vaşinqton, 19 may, AZƏRTAC

ABŞ-nin San-Dieqo əyalətində məsciddə atışma baş verib.

AZƏRTAC-ın məlumatına görə, hadisə zamanı bir nəfərin öldüyü bildirilir. San-Dieqo Polis Departamenti vəziyyətin tam nəzarət altına alındığını açıqlayıb.

İnsanlar hadisə yerindən təxliyə edilib. Hadisənin detalları açıqlanmayıb. Əhaliyə ərazidən uzaq durmaq tövsiyə olunub.

Hadisə baş verən yer San-Dieqo əyalətinin ən böyük məscididir.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
15
14
azertag.az

10Mənbələr