AZ

Keniyada sürücülərin tətil elan etməsi xaosa səbəb olub

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Keniyada şəhər nəqliyyatl və taksi sürücüləri etiraz aksiyası keçiriblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar yanacağın qiymətinin artmasından narazıdırlar.

Etirazçılar paytaxt Nayrobidə və digər bir neçə şəhərdə əsas yolları bağlayaraq nəqliyyatın onsuz da çətin hərəkətini demək olar ki, tam məhdudlaşdırıblar. Aksiya üzündən yüzlərlə müəssisə, on minlərlə insan zərər görüb. Şəhər nəqliyyatı işləmədiyindən insanlar işə piyada getməli olublar. Yolların bağlı olması isə xaosa səbəb olub.

Qeyd edək ki, Keniyada yanacağın qiyməti Yaxın Şərqdə baş verənlərlə əlaqədar 20 faiz artırılıb. Maraq üçün bildirək ki, hazırda 1 litr dizel yanacağının qiyməti 243 şillinqdir (təxmini 3 manat 17 qəpik).

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
525.az

1Mənbələr