Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Avropanın qaz bazarı son illərdə daha çox şaxələnib və qlobal səviyyədə bir-biri ilə əlaqəli sistemə çevrilib.
Rumıniyalı iqtisadi jurnalist Boqdan Tudorake tərəfindən hazırlanan və "MET Group"un analizinə əsaslanan məqalədə bildirilir ki, yaxın illərdə Avropa Norveç, Şimali Afrika və Azərbaycan qazına, eləcə də, əsasən, ABŞ-dən idxal edilən mayeləşdirilmiş təbii qaza daha çox arxalanacaq.
Şirkət rəsmilərinin fikrincə, Avropanın enerji təhlükəsizliyi artıq tək bir marşrut və ya mənbədən asılı olmayacaq. Təhlildə vurğulanır ki, Avropada qazın gələcəyi daha çox mənbə və bazarlar arasında daha güclü əlaqələr deməkdir. Tək əsas təchizat marşrutundan asılılıq dövrü başa çatıb.
"Euronews" telekanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı xüsusi material hazırlayıb.
"WUF13-ə gedən yol" adlı buraxılışda forumöncəsi hazırlıq işləri və təşkilati proseslərdən bəhs olunub.
Materialda qeyd olunub ki, Azərbaycan forum çərçivəsində infrastruktur, təhlükəsizlik və qonaq xidmətləri istiqamətində hazırlıqları davam etdirir.