AZ

Laboratoriyada yaradılması qeyri mümkün olan maddə aşkarlandı

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

1945-ci ildə Nyu-Meksiko səhrasında həyata keçirilən Trinity nüvə sınağı elm dünyasına gözlənilməz yenilik qazandırıb. Dünyanın ilk atom bombası partlayışı zamanı yaranan ekstremal şərait təbiətdə və laboratoriyada analoqu olmayan tamamilə yeni materialın ortaya çıxmasına səbəb olub.Florensiya Universitetinin geoloqu Luka Bindinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu bu materialı yalnız bu yaxınlarda aşkar edə bilib. Yeni tapılan maddə kalsium, mis və silisiumdan ibarət klatratdır. Klatratlar digər atom və molekulları daxilində saxlayan qəfəs tipli xüsusi quruluşa malikdir. Bu xüsusiyyət onları enerji çevrilməsindən tutmuş yarımkeçiricilərin hazırlanmasına qədər bir çox texnoloji sahə üçün maraqlı edir.Alimlər qırmızı trinitit nümunəsini rentgen şüaları ilə tədqiq edərkən onun içindəki kiçik mis damcısında bu yeni materialı tapıblar. Tədqiqatçıların fikrincə, nüvə partlayışı zamanı yaranan ağlasığmaz dərəcədə yüksək temperatur və təzyiq ənənəvi üsullarla əldə edilməsi mümkün olmayan maddələri təbii şəkildə formalaşdırıb.Bu kəşf həm də atomların ekstremal şəraitdə necə təşkil olunduğunu anlamaq baxımından böyük əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, nüvə partlayışları, ildırım çaxması və ya meteorit düşməsi kimi hadisələr təbii laboratoriya funksiyasını yerinə yetirir. Belə ekstremal anlar elmdə yeni üfüqlər açaraq gələcəyin innovativ texnologiyaları üçün vacib baza yaradır.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
demokrat.az

1Mənbələr