AZ

Türkiyənin Tokat vilayətində sel təhlükəsinə görə vətəndaşlar təxliyə ediləcək

Türkiyənin Tokat vilayətinin Turhal rayonunda yeddi kənd və 15 məhəllədəki sakinlər daşqın riski səbəbindən təxliyə olunacaqlar.

"Report" xəbər verir ki, bu barədə Tokat vilayət administrasiyası məlumat yayıb.

Bildirilib ki, aramsız yağan yağışlara görə rayondakı Almus su anbarında su səviyyəsi yüksəlib və çərşənbə günü bəndi aşacağı gözlənilir. Bununla əlaqədar mümkün fəlakəti önləmək məqsədilə Turhalın yeddi kənd və 15 məhəlləsindən sakinlərin təxliyəsinin həyata keçirilməsinə qərar verilib.

Qeyd edək ki, Türkiyənin bir çox bölgələrində, xüsusilə Qara dəniz bölgəsində fasiləsiz yağan yağışlar bir sıra fəsadlar törədib.

Seçilən
23
far.az

1Mənbələr