AZ

Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur

Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur.

"Far.Az" xəbər verir ki, mayın 19-u İstiqlaliyyət müharibəsinin (Qurtuluş savaşı) başlanğıcından 107 il ötür.

İstiqlaliyyət müharibəsi Birinci Dünya müharibəsindən məğlub olaraq çıxan Osmanlı dövlətinin Antanta qüvvələri tərəfindən işğalı nəticəsində "Misak-i Milli", yəni Mustafa Kamal (1934-cü ildən Atatürk) və silahdaşları tərəfindən qəbul edilən Türkiyə sərhədləri daxilində ölkənin bütövlüyü üçün Samsun şəhərində başladılan çoxcəbhəli siyasi və hərbi mübarizədir. Mustafa Kamal Atatürk Türkiyənin Qurtuluş savaşının başladığı bu tarixin önəminə diqqət çəkərək deyib: "Mən mayın 19-da doğulmuşam".

Mayın 19-u əvvəlcə 1935-ci ildə Atatürk Günü adı altında rəsmiyyət qazanıb. 1938-ci ildə ölümündən bir neçə ay öncə Mustafa Kamal Atatürk bu bayramı gəncliyə ərməğan edib və mayın 19-u Gənclik və İdman Bayramı olaraq qeyd edilməyə başlayıb. 1980-ci il sentyabrın 12-də baş tutan hərbi çevrilişdən 1 il sonra bayram "Atatürkü Anma, Gənclik və İdman Bayramı" adını alıb.

Xatırladaq ki, Atatürkü Anma, Gənclik və İdman Bayramı, Türkiyədən başqa, Şimali Kipr Türk Respublikasında da qeyd edilir.

Seçilən
34
far.az

1Mənbələr