AZ

Özümüzü ən çox çay içilən ölkə hesab edirdik, amma... Dünyanın əsl rekordçusu ora imiş

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çay mövzusu açılanda çoxumuzun xatirinə ilk olaraq Lənkəran, Astara və ya qonşu Türkiyənin Rize şəhəri gəlir. Ölkəmizdə səhər yeməyindən gecə saatlarına qədər davam edən pürrəngi çay məclisləri mədəniyyətimizin əsasını təşkil etsə də, dünyadakı rəqəmlər hər kəsi təəccübləndirir. Biz özümüzü ən böyük çaypərəst hesab etdiyimiz halda, xəritənin tam fərqli bir nöqtəsində fərqli bir rekord qeydə alınıb.Demokrat.az xəbər verir ki, Almaniyanın şimal-qərbində yerləşən Şərqi Frizya bölgəsinin sakinləri çay istehlakında həm bizim yerli ənənələri, həm də rizəliləri geridə qoymağı başarıblar. Hollandiya ilə sərhəddə yerləşən bu sakit regionda hər nəfərə düşən illik çay istehlakı təxminən 300 litr təşkil edir. Bu göstərici ilə Şərqi Frizya dünyada birinci yeri tutur və hətta İngiltərə ilə İrlandiya kimi tanınmış ölkələri də qabaqlayır. Regional adət-ənənə o qədər güclüdür ki, yerli çay mədəniyyəti Almaniya tərəfindən rəsmi şəkildə qeyri-maddi mədəni irs siyahısına daxil edilib.Bizim armudu stəkanda limonlu və ya kəklikotulu çay dəstgahımızdan fərqli olaraq, Şərqi Frizyada bu prosesin tam fərqli və qəti qaydaları var. Burada çay xüsusi olaraq hazırlanmış güclü və tünd Assam qarışığından dəm qoyulur. Proses zamanı ilk növbədə fincanın dibinə "Kluntje" adlandırılan böyük qaya şəkəri yerləşdirilir. Qaynar çay bu şəkərin üzərinə süzülərkən çıxan xüsusi səs mərasimin rəsmi başlanğıcı hesab olunur. Daha sonra fincanın kənarından xüsusi kiçik qaşıq vasitəsilə qatı qaymaq süzülür. Qaymağın çayın üzərində yaratdığı buluda bənzər görüntülərə yerli dildə "Wulkje" deyilir.Bizdə çayı mütləq qarışdırmaq və ya dişləmə qəndlə içmək adətdirsə, bu mərasimdə fincandakı mayeni qarışdırmaq qəti qadağandır. Yerli sakinlər çayı qarışdırmadan içirlər. Bunun əsas səbəbi hər qurtumda fərqli bir dadı hiss etmək istəyidir. Onlar ilk qurtumda qaymağın yumşaqlığını, orta hissədə çayın tünd və sərt dadını, sonda isə dibdə əriyən şəkərin şirinliyini dadır. Həyatın tamamilə çay saatlarına görə nizamlandığı bu bölgədə uşaq yaşlarından formalaşan bu vərdiş günün müxtəlif vaxtlarında, hətta yatmazdan əvvəl də təkrarlanır. Regiona səfər edən şəxslər üçün fəaliyyət göstərən çay muzeyləri və tarixi çay evləri bu qədim ənənənin yerli kimliyin necə mühüm bir hissəsinə çevrildiyini nümayiş etdirir.Yəni, Lənkəran çayxanalarındakı dəstgahları belə kölgədə qoyan çay rekordçuları Almaniyada yaşayır, onlar çayı heç vaxt qarışdırmır və fincana qaymaq əlavə edirlər.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
demokrat.az

1Mənbələr