AZ

Uzun müddət təzə qalan şəkərli peçenye resepti

Evdə asanlıqla hazırlaya biləcəyiniz, günlərlə təravətini itirməyən həm qənaətli, həm də çox ləzzətli şirniyyat axtarırsınızsa, bu resept tam sizin üçündür.


Pravda.az çay saatlarınızın vazkeçilməzi olacaq şəkərli peçenyenin reseptini təqdim edir:


​Ərzaqlar:


​2 ədəd yumurta (1 dənəsinin ağı peçenyelərin üzəri üçün ayrılacaq)

​200 qram otaq temperaturunda marqarin və ya kərə yağı

​1 çay stəkanı qatıq

​1 çay stəkanı günəbaxan yağı

​1,5 çay stəkanı toz şəkər

​1 paket qabartma tozu

​1 paket vanil

​8–8,5 çay stəkanı un


​Hazırlanma qaydası


​Dərin bir yoğurma qabına yumurtaları, marqarini (və ya kərə yağını), qatığı, duru yağı və toz şəkəri əlavə edin. Bütün məhsulları bir-birinə qarışana qədər yaxşıca çalın.


​Qabartma tozunu və vanili əlavə etdikdən sonra unu az-az tökərək ələ yapışmayan, yumşaq konsensiyalı xəmir hazırlayın.


​Hazırladığınız xəmirdən qozdan bir az böyük hissələr qoparıb ovucunuzun içində yuvarlayaraq forma verin.


​Ayrı-ayrı kasalarda yumurta ağını və şəkər tozunu hazır saxlayın. Forma verdiyiniz xəmirləri əvvəlcə yumurta ağına, ardından toz şəkərə bulayın.


​Yağlı kağız sərilmiş soba sinisinə aralarında boşluq qalacaq şəkildə düzün.


​Əvvəlcədən isidilmiş 180°C sobada üzərləri yüngül rəng alana qədər nəzarətli şəkildə bişirin.


​Sobadan çıxan peçenyeləri tamamilə soyuduqdan sonra servis edin. 


​Qeyd: Xəmiri çox bərk yoğurmamağa diqqət edin, yumşaq konsensiya peçenyelərin daha uzun müddət təzə qalmasını təmin edir.


​Sobada həddindən artıq saxlamamağa çalışın, üzərinin yüngülcə rəng alması kifayətdir.


​Peçenyelər tamamilə soyuduqdan sonra hava keçirməyən saxlama qabında qorusanız, günlərlə təravətini itirmədən qalar.


​Peçenyelərin üzərini sadəcə toz şəkərə bulamaq əvəzinə, darçınlı şəkər qarışığı ilə də örtə bilərsiniz.


​Xəmirin içərisinə sürtgəcdən keçirilmiş limon və ya portağal qabığı əlavə edərək daha təravətli bir dad əldə edə bilərsiniz.


Əminə Bayramova 

Tarix: 19 May 2026, 04:45   
Seçilən
101
pravda.az

1Mənbələr